Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hindistanda konstitusiyası bu ölkənin hər bir vətəndaşı üçün din azadlığına zəmanət verir. Hindistanda əhalinin 83 faizi induistlərdir. İnduizm respublikanın bütün ştatlarında, cammu, Kəşmir və yeni yaranmış Naqalend istisna olmaqla hakim din hesab olunur. İnduizmin iki əsas istiqaməti vardır: vişnuizm və şivaizm. Hal-hazırda Vişna Allahının kultu daha geniş yayılıb. Lakin bir sıra hind xalqları arasında (tamilər, assamslar) şivai əsas götürülür. Bəzi yerlərdə, məsələn, nəsilin ana xətti ilə davam etdirildiyi malayalar arasında şaktizm inkişaf edib. Ortodoksal induistlərlə yanaşı ölkədə reformator induistlərin də ardıcılları vardır. Hindistanın müsəlman əhalisi 11 faiz təşkil edir. Müsəlmanların əksəriyyəti isə sünnülüyün hənəfi məzhəbinə etiqad edir. Malabar sahilində şafiilik yayılıb, Uttar-Pradeş və Qərbi Benqaliyada sünnülük özünün vahhabi tendensiyası ilə müşahidə olunur. Burada Əhmədiyyə təriqətinin ardıcıllarına da rast gəlmək mümkündür. Şiələr isə əsasən şəhərlərdə yaşayırlar. Onlar arasında ismaililər də vardır, amma onlar say etibarilə ortodoksal şiələrdən azdırlar. Hind ismaililəri nizarilər (xoca) və mustarilərə (boxra) bölünürlər. Hindistanda az sayda bəhailərdə yaşayırlar. Hindistanda 3-cü böyük dini qrup xristianlardır (əhalinin 3 %). cənubi Hindistana ilk xraitianlar hələ birinci minilliyin I əsrində gəlmişlər. Hal-hazırda Hindistan xristianlarının yarıdan çoxu ölkənin cənubunda (əsasən Kerala ştatında və mədrəsə rayonunda) məskunlaşıb. Naqelend ştatında da xeyli sayda xristian yaşayır. Ölkə xristianlarını iki qrupa bölmək olar. Birinci qrupa Hindistanın qədim xristian əhalisinin sonrakı nəsilləri aiddir. Portuqaliyalıların ölkəyə müdaxiləsindən sonra xristianlara məcburi şəkildə katolikliyi qəbul etdirmişlər. Onları Roma ilə uniyaya daxil olmağa məcbur etmiş, bunun nəticəsində də Hindistanda Silomalabar kilsəsi yaradılmışdır. Müəyyən zaman keçdikdən sonra bir qrup Roma ilə münasibətləri pozaraq kilsədən uzaqlaşmış, lakin öz əvvəlki nesterian ənənələrinə qayıtmamışlar. Onlar yakobit (monofizit) ehkamlarını qəbul etmişlər. Beləliklə, hal-hazırda cənubi Hindistanda qədim xristian kilsələri mövcuddur: Siro –malabar kilsəsi (xaldo-katolik, 2178 min nəfər), Siro-malankar kilsəsi (siro-katoliklər, 213 min nəfər), yakobit Malankar pravoslav kilsəsi (1,5 mln. nəfər), müqəddəs Foma Malabar kilsəsi (550 min nəfər), neonestorian Xaldey kilsəsi (5 min nəfər). Xristianların ikinci qrupunun formalaşması avropalı missionerlərin fəaliyyəti ilə bağlıdır. Onlar əsasən XIX–XX əsrlərdə öz fəaliyyətlərini daha da aktivləşdirmişlər. Hal-hazırda məhz bu qrup xristianlar say etibarilə üstünlük təşkil edirlər. Roma katolik kilsəsi daha çox nüfuza malikdir (9704 min nəfər ardıcılları var). Katoliklər daha çox ölkənin cənubunda, eləcə də bəzi Qərb rayonlarında məskunlaşıblar. Protestant kilsələri (4,3 mln nəfər) içərisində daha çox ardıcılları olanlar cənubi Hindistan kilsəsi (700 min nəfər) və Şimali Hindistan kilsəsidir (1530 min nəfər). cənubi Hindistan kilsəsi 1947-ci ildə ölkənin cənub hissəsində yaşayan protestant təşkilatlar tərəfindən yaradılıb. Bundan başqa, Hindistanda baptistlər (2,1 mln. nəfər), lüteranlar (1,1mln. nəfər), mennonitlər, qurtuluş ordusu (227 min nəfər) ardıcılları da vardır. İnduizmdən aralanmış siqxizm indiki zamanda Hindistanda müstəqil din kimi tanınır. Ölkə əhalisinin 2 faizini təşkil edir. Əsasən Pəncab əyalətində yaşayırlar. Hindistanda həmçinin 3,8 milyon buddist yaşayır. Onların əksəriyyəti Maxaraştrda məskunlaşıblar. Ölkənin müxtəlif ştatlarinda, əsasən də Dehli ətrafında 2,5 milyon bəhainin yaşaması haqqında məlumat vardır. Yeni Dehlidə bəhailərə məxsus məbəd fəaliyyət göstərir. Hindistanda çox kiçik dini qrup halında zərdüştilər-farslar (İrandan VII–XII əsrlərdə islam tərəfdarlarının təzyiqindən qaçıb gələnlərin nəsilləri) da vardır. Farsların sayı 120 min nəfər, digər məlumatlara görə 200 min nəfərdir. Bütün Hindistan zərdüştilərinin yarıdan çoxu Bombeydə yaşayır. Hindistanda iudaistlər 8 min nəfərdirlər. Onların əksəriyyəti maxaraştra və keralda məskunlaşdılar.